Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Neftçi” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib. Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunu “ağ-qaralar”ın futbolçusu Kaue da Silva belə şərh edib:
“Oyuna yaxşı başladıq. Qol vurmaq üçün xeyli şansımız oldu. Hesabı da açmışdıq. Lakin bundan sonra təəssüf ki, xoşagəlməz qol buraxdıq. Qarşıda “Qarabağ”la ağır oyunumuz var. Çox yaxşı komandaları var. Uzun müddətdi ki, “Qarabağ”ı məğlub edə bilmirik. Rəqib nə qədər güclü olsa da hər oyunun öz tarixi var".