“Neftçi” – “Xəzər Lənkəran” matçından sonra “ağ-yaşıllar”ın kapitanı Rahid Əmirquliyev jurnalistlərə açıqlama verib:
 
"Əvvəldən də bilirdik ki, ağır oyun olacaq. Komandamız 10 nəfərlə qaldıqdan sonra oyun bizim üçün daha da çətin keçdi. 3 xal qazanmaq üçün gəlsək də, azlıqda qaldıqdan sonra 1 xala da şükür edirik. Bu, bizim üçün 3 xala bərabərdi".
– Məlum sanksiyasnın aradan götürülməməsindən sonra çoxları “Xəzər Lənkəran”ın uğurlu çıxışına inanmırdı. Amma son 2 qarşılaşmada komanda heç də pis təir bağışlamır. Bu vəziyyətdə komanda yuxarı yerlər uğrunda mübarizə aparmağa qadirdi?
– Yaxşı oynayıb, mübarizə aparmağa çalışacağıq. Gənc futbolçuların ümidinə qalmışıq. Bizim üçün çox çətin olacacaq. Amma heyətdə olan futbolçular əlindən gələni edir ki, heç olmasa yaxşı oyun göstərək, azarkeşləri sevindirək. 
– “Neftçi” üzərində qazandığınız sonuncu qələbəni xatırlayırsan?
– Dəqiq yadımda deyil (gülür). Amma onlar da Lənkəranda bizi heç vaxt uda bilməyiblər. 
– Yaxşı belə deyək, lənkaranlı azarkeşlər “Neftçi” üzərində qələbəyə nə vaxt sevinəcək?
– Gələn oyun Lənkəranda onları sevindirərik.
– Matçın gedişində komanda yoldaşın Kamran Abdullazadəyə əsəbləşmişdin…
– Oyunda bəzən belə anlar olur. Azlıqda qalmışdıq və Kamran da 2 dəfə yersiz top itkisinə yol verdi. Ona görə, bir az irad bildirdim. Başqa ciddi bir problem yoxdu.
– Adrian Skarlatakenin qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsən? Hakim haqlı idimi?
– Məncə, referi düzgün qərar verdi. Skarlatake artıq 2-ci dəfədi ki, bizi pis vəziyyətdə qoyur. Düşünürəm ki, hər iki halda sarı vərəqələr düzgün idi. 
ELMAR ABDULLA-ZADƏ
Shares: