Dünən Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” bu gün yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, komanda səhər saatlarında bərpa məşqinə çıxıb. 
Sabah istirahətə buraxılacaq komanda 1 günlük aradan sonra – sentyabrın 23-də yenidən məşqlərini bərpa edəcək. Zədə səbəbindən cənublularla görüşü buraxan qapıçı Aqil Məmmədovun növbəti turda “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi hələ bilinmir. Əlcək sahibinin müalicəsi hələ də davam edir.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı sentyabrın 26-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.
Shares: