Dünən Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”a məğlub olan “Kəpəz” bu gün istirahət edib, sabahdan məşqlərə başlayacaq. Futbolinfo.az xəbər verir ki, növbəti turda “İnter”lə görüşəcək qərblilər matça Bakıda ADBTİA stadionunda hazırlaşacaq. 
"Sarı-göylər"in heyətində zədəli futbolçu yoxdu. Yüngül zədəsi olan ukraynalı hücumçu Aleksandr Sitnikin isə paytaxt təmsilçisi ilə oyunda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, “Kəpəz” – “İnter” matçı sentybarın 25-i Gəncə şəhər stadionunda start götürəcək.
Shares: