Bu gün Topaz Premyer Liqasının 5-ci turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, turun sonuncu oyununda “Qəbələ” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq.
Bütün hazırlıqlarını tamamlayan meydan sahiblərinin heyətində 1 itki var. Belə ki, uzun müddətdi zədədən əziyyət çəkən braziliyalı müdfiəçi Rafael Santos bu qarşılaşmada da iştirak etməyəcək.
Qeyd edək ki, sözügedən matç bu gün saat 21:00-da Qəbələ şəhər stadionunda start götürəcək.