Superliqanın 5-ci turunda "Trabzonspor"la matçda sıradan çıxan "Qalatasaray"ın hücumçusu Burak Yılmazın son durumu bəlli olub . Futbolinfo.az xəbər verir ki, tibbi müayinədən keçən türkiyəli forvardın 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Sağ ayaq əzələsində yırtıq aşkarlanan 30 yaşlı forvard "Qaziantepspor", "Astana", "Başakşəhər", "Gənclərbirliyi", "Benfika" və "Fənərbaxça" ilə oyunları buraxmalı olacaq.
Qeyd edək ki, Burak bu mövsüm "sarı-qırmızılar"ın heyətində çıxdığı 5 oyunda 2 qol vurub.