“Rəvan”ın ötən mövsümün sonunda “Simurq”un dağılması ilə komandadan gedən israilli futbolçu İdan Vaytsmanla danışıqlar apardığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, müdafiəçi özü də bunu təsdiqləyib.
O, saytımıza açıqlamasında bunları deyib: “Rəvan”la danışıqlar olacaq. Sadəcə bir problem ortaya çıxıb. Onlar mənə zəng ediblər və mən telefona cavab verə bilməmişəm. Çünki telefonum yanımda olmayıb. Sonra mən geri zəng etmək istəsəm də, alınmadı. İndi yenidən onların zəng etmələrini gözləyirəm. Danışıqlar barədə yəqin ki, klub sonra məlumat verəcək”.