Uelsin Flintshire şəhərində təşkil olunmuş Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmış 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Bakıya qayıdıb. Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hava limanında yığmamızı futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər və mətbuat təmsilçiləri qarşılayıb.
Xatırladaq ki, futbolçularımız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, ikinci qarşılaşmada Belçika komandasına 3:0, son matçda isə Xorvatiya yığmasına 2:1 hesabı ilə qalib gəlmişdi.