"İnter" Topaz Premyer Liqasının 6-cı turunda "Kəpəz"lə oyun öncəsi hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunda qapıçı Səlahət Ağayev, Laşa Kasradze və Rauf Əliyev zədədən əziyyət çəkir.
24 yaşlı qolkiperin tezliklə məşqlərə başlayacağı gözlənilsə də, hələlik fərdi məşqlərlə kifayətlənən müdafiəçi Laşa Kasradze və hücumçu Rauf Əliyev bir müddət bakılılara kömək edə bilməyəcək. 
Digər tərəfdən "bankirlər"in heyətinə yeni qoşulan Emilian Vila artıq məşqlərə başlasa da, komandadan ayrı çalışır. Albaniyalı futbolçunun hansı nömrəli forma ilə çıxış edəcəyi isə hələki bəlli deyil.
Shares: