Futbolçuların aylıq maaşlarını qaz idarəsindən, işıq idarəsindən, yanacaqdoldurma məntəqəsindən, bir sözlə, kimin haradan gücü çatıb, oradan aldığı vaxtın başa çatmasından ta ötən ilə qədər Azərbaycan futbolunda legionerlər fantastik dərəcədə qazandılar. Demək olar ki, ayrılan vəsaitin çoxu təyyarələrdə danışdı. Zarafat deyil, klublarımızda bir ayda 30, 40 hətta 50 min dollar qazananlar vardı.
Qeyd olunan müddətdə Azərbaycana futbolçularla yanaşı, əcnəbi məşqçilərin də axını vardı. Biz bu yazımızda gəlmələr arasında ən tanınmış olanların durumlarından bəhs edəcəyik.
Naci Şensoy
Azərbaycana gələn ilk legioner məşqçilərdəndir. Elə legioner var ki, Azərbaycanda müxtəlif dövrlərdə, müxtəlif komandalarda çalışıb. Amma Şensoy Azərbaycana hər üç gəlişində “Turan” deyib gəlib.

İlk dəfə Azərbaycana 2002-ci ildə gələn Naci bəy ciddi nailiyyətlər qazana bilməsə də, daim gündəmdə qalmağı bacarırdı. Cəsarətli futbola üstünlük verən Şensoy eyni zamanda gənc oyunçulara da güvənməyi sevirdi. Daha çox açıqlamaları ilə gündəmdə qalan Şensoyun əsas qınaq hədəfi Hakimlər Komitəsinin indiki sədri Xaqani Məmmədov idi.
Hazırda Türkiyə Superliqasında çıxış edən “Gənclərbirliyi”ndə köməkçi-məşqçi çalışan Şensoy yenə də mətbuatın dostudur.
Rasim Kara
Həmyerlisi Naci Şensoydan fərqli olaraq, birbaşa deyil, həmişə siyasətcil danışan Rasim Kara hazırda Azərbaycanda heç də xoş xatırlanmır. Bəli, bu gün millimizdə çıxış edən bəzi oyunçuların əsas heyətə ayağı məhz onun “Qarabağ”da işlədiyi dönəmdə açıldı. Amma çempionatın başlanmasına bir neçə gün qalmış “Xəzər Lənkəran”ın təklifinə “hə” deyib, “Qarabağ”ı yarıyolda buraxan və daha sonra cənub klubundan da kənarlaşdırılan Rasim Kara bu hərəkəti ilə xatırlanır. Karanın gedişindən sonra “Qarabağ”a gətirilən Qurban Qurbanov indiyə qədər bu postda çalışır.

Kara “Xəzər Lənkəran”dan getdikdən sonra demək olar ki, məşqçilik etmədi. Veteran qapıçı hazırda Türkiyə Futbol Federasiyasının təşkil etdiyi məşqçi kurslarına rəhbərlik edir.
Roman Pokora
“Simurq”a qazandırdığı tarixinin ilk və hələ ki son medalın memarı kimi daha çox xatırlanan Roman Pokoranın “fartla idarə etdiyi” çox döyüşkən bir komandası vardı. Qapıda özü yaşlı Taras Çopikə güvənən ukraynalı məşqçini bu inamı heç vaxt boşa çıxmamışdı. Sağ cinah müdafiəçisi kimi oynayan Mixaylo Storastyak isə mənə görə Azərbaycanda kapitan olmağı haqq edən 3 legionerdən biri idi. Sözün əsl mənasında lider olan Mixaylonun həmyerlisi Malıgin də özündən geri qalmırdı.

Əsas mənfi cəhəti ancaq legionerlərə şans vermək olan ukraynalı məşqçi sözün əsl mənasında yerli oyunçuları sıxsa da, hazırda “Xəzər Lənkəran”da oynayan Tural Cəlilov məhz onun vaxtında üzə çıxdı. Pokora bəlkə də nadir məşqçilərdəndir ki, gedəcəyini 6 ay öncə bilirdi. Həmin vaxt prezident Zaur Məmmədovla yaşadığı problemlər səbəbindən vətəninə dönən çalışdırıcı bir müddət işsiz qaldı. Daha sonra “Energetik”, “Helios” kimi Ukrayna klublarında çalışan məşqçi qonşu Gürcüstandakı qısamüddətli fəaliyyətindən sonra yenə səhərlərin axşam olmasını gözləyir.
Anatoli Demyanenko
Onun gəlişi ilə “Neftçi” Vlastimil Petrjelanın özünəməxsus qanunlarından qurtulub, yaxşı günlərini qaytarmağa başladı. Çılğın həmyerlilərindən fərqli olaraq, Demyanenko çox sakit idi. Yanında top atsaydın, vecinə olmazdı… Əslində düz də edirdi. Çünki futbolçu kimi sözünü meydançada demiş, SSRİ dönəminin ən məşhur müdafiəçiləri sırasında göstərilmiş 5 qat çempion bu uğurlarının az qisminə də olsa, məşqçi kimi imza atmaq istəyirdi.

Əslində, “bacardı” deyə bilərik. Sonuncu İntertoto kubokuna “Neftçi”ni aparan ukraynalı klub tarixində ilk olaraq bir neçə mərhələ keçə bildi. Daha sonra “alkaş” damğası ilə klubdan göndərilən Demyanenko “Nasaf” və “Volın”da çalışdı. Hazırda işsiz olan baş məşqçi hərdənbir telekanallarda idman verilişlərində qonaq qismində yer alır.
Qyoko Hacıyevski
Makedoniyalı çalışdırıcı Azərbaycanda 3 post tutdu. “Bakı”nın baş məşqçisi ola-ola həm də milli komandaya rəhbərlik edən məşqçinin uğursuz alınan “Simurq” karyerası da var.

Amma sözsüz ki, onun əsas fəaliyyəti “Bakı” ilə bağlıdır. İki il paytaxt klubunda çalışan Haciyevski tək-tük əcnəbi çempionlarımızdandır. Onun rəhbərlik etdiyi “Bakı”nın avrokuboklardakı uğurlu çıxışını, Tofiq Bəhramov adına Respublika stadionunu doldurmasını da unutmaq olmaz.
Çalışdığı dönəmdə hər zaman rəhbərlikdən dəstək görən baş məşqçinin klubdan gedişinin səbəbi nəticə qazandıqdan sonra futboldankənar işlərə daha çox vaxt ayırması idi. Amma istənilən halda, Haciyevski həm futbolda göstərdiyi nəticələrlə, həm də insanlarla ünsiyyəti, mətbuatla işləmək bacarığı ilə yaddaşımıza həkk olundu.
Azərbaycandan getdikdən sonra əsasən Ərəbistanda çalışan Haciyevski baş məşqçi kimi son olaraq vaxtilə futbol oynadığı “Pelister”a rəhbərlik edib. Bizdə olan məlumata görə, məşhur məşqçi vaxtilə ciddi nailiyyətlər qazandığı “Vardar”ın məsləhətçisidir.
İnsafən qeyd edək ki, Vinferd Şafer, Bojidar Bandoviç, Milinko Pantiç bir-birini əvəzləyəndə “Bakı” öz Haciyevskisini hələ çox axtaracağını dərk edirdi.
Con Benjamin Toşak
Adı Azərbaycan futbolunun ümumi çəkisindən ağır olan Con Benjamin Toşak “Xəzər” sularına da ağırlıq etdi və batdı. Toşak “Xəzər Lənkəran”da demək olar ki, heç nə edə bilmədi. Nəticələrindən, oynatdığı futboldan daha çox velosipedi ilə gündəmə gələn məşhur uelsiyə cənubda qızmar günəş altında etdiyi “zaqar” və təmiz hava qaldı.

Məlum “Makkabi” faciəsindən sonra kreslosu laxlayan Con Toşak az sonra yerə gəldi və gözünü açıb gördü ki, Mərakeşdə “Vidad”ın baş məşqçisidir. Elə indiyə kimi…
Yuri Syomin
Əslində, siyahıya “Simurq”dakı döyüşkən kollektivi və müəmmalı istefası ilə yadda qalan Sergey Yuranı da sala bilərdik. Amma müqayisələr və əlahəzrət faktlar Yuri Syomini irəli atdı. Sergey Yuran futbolçu kimi necə məşhurdursa, Yuri Syomin də məşqçi kimi o qədər məşhurdur.

Dünyanın ən böyük dövləti Rusiyanın milli komandasına rəhbərlik edən Syomin “Lokomotiv”də tarix yazıb Azərbaycana gəlmişdi. Gəldi, “Qəbələ”yə medalın nə olduğunu göstərdi, komandanı Avropa Liqasına çıxardı və kubokun finalından sonra dərhal istefa verdi. “Qəbələ”dən ayrıldıqdan sonra darıxdırıcı Saranskda “Mordoviya”nın sükançısı olan qara quzu həvəskarı indi də “Anji”ni çalışdırır.
Kaxaber Sxadadze
Bu məşqçidən səhifələrlə yazmaq olar. Oynatdığı futbola, tətbiq etdiyi sistemə, nəticələrinə söz yoxdur. Sadəcə, ayaq üstə alqışlamaq lazımdır. Böyük nizam-intizamın fonunda əla nəticələrlə Valentin Xodukin və hazırda Ukrayna Futbol Federasiyasının prezidenti postunu tutan Anatoli Konkovu kölgədə qoyan gürcü mütəxəssis hazırda Gürcüstan millisinə rəhbərlik edir. Ümid edək ki, Kaxa millidə insanla, jurnalistlə rəftarı da tam öyrənəcək.

Toni Adams və Bülənt Qorxmaz
Dünya futbol tarixində ilk yüzlüyə, İngiltərə futbolu tarixində isə ilk onluğa düşən məşhur müdafiəçinin yolu da Azərbaycandan keçdi və ingilisin həmin yolu indi də pis-yaxşı şəkildə davam edir. Toni Adams “Qəbələ”yə sadəcə, nəticə qazandıra bilmədi. Nəticədən başqa bütün işlərdə əli olan Adams ilk növbədə klubun infrastruktrunun genişləndirilməsinədə böyük rol oynadı və klubun, baş məşqçinin futbolçuya necə davranması mədəniyyətini aşladı.

Eyni sözləri “Bakı”da işləmiş böyük kapitan Bülənt Qorxmazla bağlı da deməliyik. Sadəcə, 1 fərq var: Toni Adams indi də “Qəbələ”dədir, Qorxmaz isə hələ də məşqçi kimi uğursuzluqlar burulğanındadır və keçmiş günlərin həsrətindədir.
TİMUÇİN