"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanalesin yeni klubu bəlli olub. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasına Rusiyanın "Krlya Sovetov" klubunda davam edəcək.
Rusiya Futbol İttifaqı Oyunçuların Status Komitəsinin verdiyi qərara əsasən "transfer pəncərəsi"nin bağlanmasına baxmayaraq, Samara təmsilçisi təxirə salınmış transfer hüququndan istifadə edib.
Qeyd edək ki, 2012-ci ildə "Neftçi"yə transfer olunan Nikolas Kanales 2013-cü ilin avqustunda "Kolo-Kolo"ya keçmişdi. 1 il sonra paytaxt təmsilçisinə qayıdan çilili futbolçu "ağ-qaralar"da 2-ci dövrünü keçirib.