Rusiyanın “Sport Ekspess” qəzeti ölkədə ən çox Premyer Liqa oyununu idarə etmiş Yuri Baskakovu ənənəvi “Cümə söhbəti” rubrikasının qonağı edib. Mövzu təcrübəli fit sahibinin yazdığı kitab olsa da, müsahibə zamanı “Neftçi”nin “Birlik Kuboku”nda Ermənistan “Pünik”ini məğlub etdiyi (2:0) matç barədə də danışılıb. Futbolinfo.az həmin parçanı diqqətinizə çatdırır:
– Ardıcıl 2 il Azərbaycan və Ermənistan çempionları üz-üzə gəldi. Ancaq ikinci halda ermənilər oyuna çıxmaqdan imtina etdi. Birinci halda isə baş hakim mən idim.
– Uduzan ermənilərdən irad bildirən olmadı?
– Hakimlər otağının yanından keçən erməni futbolçulardan biri yan xətt hakimi Yenyutini ana söyüşünə “qonaq etdi”. Oyundan əvvəl isə tir-tir əsirdik. Başqa problem yaşanmadı və hər iki komanda “Kosmos” otelinə yollandı. Əsl həngamə də orada yaşandı. Oteldə əməlli-başlı qırğın getdi. Futbolçular, məşqçilər, fizioterapevtlər, massajçıar – hamı vuruşurdu. OMON-un müdaxiləsinə ehtiyac yarandı!