Niko Kovaçın istefaya göndərilməsindən sonra Xorvatiya yığmasının boş qalan baş məşqçisi postunu kimin tutacağına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb.
Mənbədə bildirilir ki, yığmanın yeni baş məşqçis Ante Kaçiç olub. 62 yaşlı mütəxəssis 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının sonuna kimi bu millini çalışdıracaq.
Kaçiç 1994-1998-ci illərdə Xorvatiyanın U-21 yığmasında köməkçi məşqçi funksiyasını yerinə yetirib. Ölkənin əsas millisində isə heç vaxt çalışmayıb.  
 
Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya son matçda yığmamızla qolsuz bərabərə qalıb, Norveçə isə 0:2 hesabı ilə uduzmuşdu. Bu uğursuz nəticələr isə Kovaçın istefaya göndərilməsinə səbəb oldu.   
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp