Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib. Futbolinfo.az xəbər verir ki, komandanın istəyini nəzərə alan Peşəkar Futbol Liqası “Qəbələ”nin 6 və 7-ci turlardakı görüşlərinin vaxtını dəyişib.
 
Premyer Liqanın 6-cı turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib. 7-ci turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 3 oktyabr 2015-ci il tarixindən 4 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp