Futbol üzrə Azərbaycan I Divizionunda III turun “Energetik” – “Qaradağ Lökbatan” matçının keçirilmə tarixi dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytından məlumat yayılıb.
 
Bildirilir ki, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionundakı dövlət əhəmiyyətli tədbirlə əlaqədar olaraq,  oyun 24 sentyabr 2015-ci il tarixində deyil,  23 sentyabr 2015-ci il tarixində baş tutacaq. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp