Bu gün Topaz Premyer Liqasında 5-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı arşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
“Biz qeydə alınan nəticələrə görə şadıq. Buna görə Allaha dua edirəm. Sadəcə, oyunumuzu daha yaxşılaşdırmaq istəyirik və bunun üçün çalışırıq”.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp