Bu gün Topaz Premyer Liqasında 5-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı arşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Aqil Məmmədov məğlubiyyəti belə şərh edib:
“Biz “Qəbələ”nin gücünə, səviyyəsinə bələdik. Odur ki, bu gün əks hücumlara bel bağladıq. Düşünürəm ki, qol epizodları yarada bildik, rəqibə boşluq vermədik.  Futbolçularım meydançada yaxşı mübarizə apardılar. Biz bu oyunu qalib başa vura bilərdik. Amma şanslardan yararlana bilmədik. Bütün bunlara baxmayaraq, futbolçulardan razıyam”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp