Premyer Liqanın  V turunda “Neftçi” ilə səfər matçında 1:1-hesablı bərabərə qalan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” 2-gün ərzində istirahət edəcək. 
Sentyabrın 23-də isə komanda yenidən Lənkəranda bir araya gələrək, növbəti ev oyunun hazırlıqlarına başlayacaq. 
Xatırladaq ki, Cənub təmsilçisi  Premyer Liqanın VI turu çərçivəsində, sentyabrın 27-də evdə “Zirə”ni qəbul edəcək.
(12cioyuncu.info)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp