“Beşiktaş”ın dünən Türkiyə Superliqasının 5-ci turunda səfərdə "Gənclərbirliyi"nə qarşı keçirdiyi oyun əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, meydandan 1:1 bərabərliklə ayrılan İspanbul təmsilçisinin bu görüşdə 1 dəfə fərqlənməklə yubiley qolunu vurub. Həmin qola matçın 67-ci dəqiqəsində Gökhan Törə imza atıb.
23 yaşlı yarımmüdafiəçi 1 dəfə qapı torunu silkələməklə "Beşiktaş"ın Superliqa tarixində 3000-cü qolunu vurub. Bununla da, Töre adını klubun tarixinə yazdırıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp