AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda 2015-2016 mövsümünə start verilib. Futbolinfo.az xəbər verir ki, yeni mövsüm U-15 komandalarının mübarizəsi ilə başlayıb. 
18 iştirakçının çıxış etdiyi “Boulevard Hotel U-15 Liqası"nda ilk turun qarşılaşmaları keçirilib. “Qəbələ” Futbol Akademiyasının U-15 komandası I turda “Turan” İB ilə qarşılaşıb. Səfərdə keçirilən görüşdə “qırmızı-qaralar” səkkiz cavabsız qolla qalib gəlib – 8:0. Turun ən böyükhesablı qələbəsini qazanan “Qəbələ” ilk turdan liderliyə yüksəlib. Sözügedən komanda növbəti oyununu sentyabrın 27-də keçirəcək. Həmin gün U-15 “Ağsu”nu qəbul edəcək. Rəqib evdə keçirdiyi ilk turda “Neftçi” İK İB ilə heç-heçə edib – 1:1.
Qeyd edək ki, U-15 Liqasının son 3 mövsümündə “Qəbələ” 2 dəfə qızıl, 1 dəfə gümüş mükafata yiyələnib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp