Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.   
Adıçəkilən komanda səfərdə yığmamızın digər üzvü Toğrul Eratın çıxış etdiyi "Fortuna" (Dusseldorf) ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 85-ci dəqiqədə əvəzlənib. Eratın adı isə bu matçın iştirak ərizəsində yer almayıb.   
Qeyd edək ki, "Karlsrue" hazırda 7 xalla 14-cü, "Fortuna" isə 6 xalla 15-ci pillədə qərarlaşıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp