FİFA-nın məlum qadağası səbəbindən heyətinə qatdığı futbolçuları geri göndərən “Xəzər Lənkəran”da 2 nəfərin taleyi hələ də qaranlıq qalır. Bunlar fransalı hücumçu Limam Seydi və polşalı qapıçı Pavel Kapsadı.
Seydi artıq bu barədə qərarını verib. Belə ki, forvard cənub klubunun heyətində qalacaq və yanvara kimi gözləyəcək. Bu barədə saytımıza Seydi özü məlumat verib: “Mən CAS-ın qərarını gözlədiyimi demişdim. Amma artıq buna ehtiyac yoxdu. Çünki mənim başqa seçimim yoxdu. “Transfer pəncərəsi” də bağlanıb. Başqa seçim olsaydı, gedərdim. Amma indiki halda burada qalacam. Başqa seçim olsaydı, oynamaq üçün mütləq ora keçərdim. Futbolçuya meydanda olmaq daha vacibdi”.
Pavel Kapsa isə hələ CAS-ın qərarını gözlədiyini və bundan sonra qərar verəcəyini bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp