Azərbaycan milli komandasının məşqçisi Qordan Tsipriç Almaniyaya yollanacaq. Futbolinfo.az xəbər verir ki, çalışıdırıcı millinin üzvü Tuğrul Eratın çıxışını izləmək məqsədilə sentyabrın 26-da sözügedən ölkənin Münxenqladbax şəhərində keçiriləcək “Borussiya-2” (Münxenqladbax)  – “Fortuna-2” (Düsseldorf) oyununa baxacaq.
Baş məşqçi Robert Prosineçkinin digər köməkçisi Elxan Abdullayev isə oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Krasnodar” (Rusiya) – “Qəbələ” oyununu izləyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp