Bu gecə İngiltərə Liqa kubokunda 8 qarşılaşma keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "Tottenhem" evdə "Arsenal"ı qəbul edəcək.
İngiltərə mətbuatının yazdığına görə, meydan sahiblərinin 3 futbolçusu Rayan Meyson, Nabil Bentaleb və Musa Dembele zədə səbəbindən sözügedən oyunda çıxış edə bilməyəcək.
Qeyd edək ki,  "Tottenhem" – "Arsenal" matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Maraq üçün onu da əlavə edək ki, "Tottenhem" Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ"ın rəqibidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp