Türkiyə kubokunun ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə "Kurtalanspor"la üz-üzə gəlib. "Karşıyaka" görüşdə 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
 
Qeyd edək ki, komandanın bir neçə əsas futbolçusu və  Kamran Ağayev bu oyunda istirahət edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp