“Real”dan ayrıldıqdan sonra işsiz qalan Karlo Ançelotti "Liverpul"da çalışa bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, klub rəhbərliyi hazırkı baş məşqçi Brendan Rocersin işindən narazıdı. Belə ki, "qırmızılar" artıq Ançelotti ilə danışıqlara start verib. Təcrübəli mütəxəssis razılıq verəcəyi təqdirdə, onunla tez bir zamanda müqavilə imzalanacaq.
 
Qeyd edək ki, "Liverpul" hazırda 6 oyuna 8 xal toplayaraq 13-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp