İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.  
 
"Qırmızı qardaşlar" doğma meydanda "Halmstad"la üz-üzə gəlib. Görüş ev sahibi komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nurinin adı matçın iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, “Kalmar” hazırda 27 xalla 11-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp