Belçika kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Anderlext" klubu da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda aşağı divizion təmsilçisi "Spouven-Mopertingen"lə üz-üzə gəlib.
 
Görüş ev sahibi komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp