Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq “Zirə” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “qartallar”ın heyətində ciddi itkilər var. 
Belə ki, zədə səbəbindən ötən tur da meydana çıxmayan hücumçu Nurlan Novruzov və yarımmüdafiəçi Nicat Qurbanov cənublularla oyunda da komandasına kömək edə bilməyəcək. Bundan başqa, “Rəvan”la son oyunda qırmızı vərəqə alan nigeriyalı müdafiəçi Çimezi Mbah da cəza səbəbindən bu görüşü buraxacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 27-də Lənkəran şəhər stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp