Ölkəmizdə 2016-ci ildə təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri Bakıda səfərdədi. Futbolinfo.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar bu gün “Əlincə” klubunun təlim-məşq bazası ilə tanış olub və "ağ-narıncılar"ın stadionuna baxış keçiriblər.
Paytaxt təmsilçisinin icraçı direktoru Ceyhun Abbasov qonaqlara klub infrastrukturu ilə bağlı məlumat verərək, meydançalara baxış zamanı onları müşayiət edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp