“Kəpəz” klubunun aparıcı müdafiəçisi Şəhriyar Rəhimov futbolinfo.az saytına açıqlama verib. Topaz Premyer Liqasının V turunda “Qarabağ”a qarşı keçirilən oyunda qol vuran müdafiəçi düşüncələrini bölüşüb: 
“Qarabağ”la oyunun ağır olacağını bilirdik. Amma eyni zamanda dərk edirdik ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə oynayıb, çox güc sərf edib, Gəncəyə gəlmişdi. Rəqibin yorğunluğundan maksimum yararlanmağa çalışsaq da, alınmadı. Məncə, bərabər səviyyəli oyun keçdi. Hətta 38-ci dəqiqəyə kimi “Qarabağ”ın heç bir qol epizodu olmadı. Düşünürəm ki, ilk hissə 0:0 bitsəydi, “Kəpəz” “Qarabağ”a məğlub olmayacaqdı. Sözsüz ki, “Qarabağ” sıradan komanda deyil. Onlara qarşı oynamaq çətindir. Lakin biz rəqibə qarşı yaxşı oynadıq. Həmin oyunda azarkeşlər də bizə çox dəstək oldular. Azarkeş qarşısında oynamaq tamam başqa bir hissdir. Oyunlarımıza 20 minə yaxın adam gəlir. Bizim üzərimizə düşən ən böyük vəzifə qələbə qazanıb, onları sevindirməkdi”.
Qeyd edək ki, “Kəpəz” 6-cı turda səfərdə “İnter”lə üz-üzə gələcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp