"Arsenal" klubu türk əsilli almaniyalı yarımmüdafiəçisi Məsut Özillə müqavilənin müddətini uzatmaq fikrindədi. Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, London təmsilçisi Özilə yeni müqavilə təklif edəcək. "Topçular"ın rəhbərliyi Almaniya millisinin üzvünü daha bir neçə il komandada saxlamağı planlaşdırır. Onun "Arsenal"la mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.
 
Qeyd edək ki, Özil 2013-cü ildə İspaniya nəhəngi Madrid "Real"ından "Arsenal"a transfer olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp