"Qəbələ"nin "Rəvan"ı 3:0 yendiyi matçın nəticəsi həm də ukraynalı qonaqları sevindirdi. Futbolinfo.az xəbər verir ki, tribunada yer alanlar arasında baş məşqçi Roman Qriqorçukun ölkəmizdə yaşayan xanımı ilə yanaşı digər ailə üzvləri də var idi.
Matçdan sonra stadionun koridorunda Qriqorçuku təkcə xanımı gözləmirdi. Roman İosifoviçin qızı, kürəkəni ve nəvəsi de çalişdırıcını təbrik etmək üçün dayanmışdı. Qriqorçuk görünəndə ilk olaraq qızı başqalarına növbə vermədən onu qucaqladı, təbrik etdi.
Əslinde, təbrik edən Qriqorçuk idi. O, bəlkə də bu qələbəni ad gününü keçirmək üçün Bakıya gəlmiş qızı üçün fikirləşmişdi. Qızının onu qucaqlamasının da səbəbi gözəl ad günü hədiyyəsinə görə idi.
 
79cc Grigorchuk - Futbolinfo.az

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp