"İnter" – "Kəpəz" (1:0) matçından sonra paytaxt təmsilçisinin futbolçusu Mirhüseyn Seyidov jurnalistlərin suallarını cavablandırıb:
 
"Çətin oyun olacağını bilirdik. Rəqib gənc futbolçulardan qurulmuş yaxşı komandadı. Son turda "Qarabağ"a qarşı çox gözəl oyun sərgiləmişdi. Buna baxmayaraq, biz də çalışırıq ki, liderlər qrupundan ayrılmayaq və 3 xalın bizim üçün vacib olduğunu anlayırdıq. Çətin olsa da sonda 3 xal qazandığımıza görə şadıq".
– 40-cı dəqiqədə Bəxtiyar Soltanovla aranda nə baş verdi?
– Bir az anlaşılmazlıq oldu. Amma hamımız yerli futbolçularıq bir-birimizi başa düşdük, problem yoxdu. Futbolda belə şeylər olur. 
– Meydandan çıxanda əsəbi görünürdün və sanki deyinirdin…
– Bir az yorğun idim. Ehtiyata çıxmaq istəyirdim, amma hakim bunu görmədi. Ola bilsin buna bir az əsəbləşmişəm. 
Matçdan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev komandasının qələbəyə daha layiq olduğunu bildirdi. Sən necə düşünürsən? 
– Ola bilər rəqib meydanda daha yaxşı oyun nümayiş etdirdi. Amma əsas olan 3 xal idi ki, onu da qazandıq. 
– Qarşıda sizi "Qarabağ"la çətin oyun gözləyir. Bu qarşılaşmada nəyə ümid edirsiniz?
– Rəqibin gücü hamıya məlumdu. Biz də öz gücümüzü göstərməyə çalışacağıq. Qarşıda vaxt var.
– "İnter"də hazırda vəziyyət nə yerdədi?
– Düzdü, bəzi problemlərimiz var. Amma mən bura oynamaq üçün gəlmişəm. Problemlərə baxmayaraq, dekabra kimi müqaviləm var. Nə çətinlik olsa belə, dözüb adımıza görə oynamalıyıq. 
– Dekabrdan sonra müqaviləni uzadacaqsan?  
– Həmin vaxta qədər hər şey yaxşı olsa, komandada möhkəmlənə bilsəm yəqin ki, müqaviləmi uzadacam.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp