Türkiyənin "Fənərbaxça" klubu daha bir məhkəmə qalmaqalı ilə gündəmə gəlib.  Futbolinfo.az xəbər verir ki, hollandiyalı məşhur futbolçu Aryen Robben İstanbul təmsilçisini məhkəməyə verib. 
Qardaş ölkə mətbuatının yazdığına görə, buna səbəb "sarı-lacivərdlilər"in bir keklam filmində Robbenin adını icazəsiz olaraq hallandırmasıdı. Belə ki, klub baş sponsoru "Yandex"lə birgə hazırladığı videomaterialda Robben transferi üçün "bikini yaz, Robben gəlsin" şüarinı səsləndirmişdi. Məhz bu reklam çarxı da həm klubun, həm də sponsorun başına iş açıb.
Qeyd edək ki, "Fənər" bir müddət öncə hazırda Münhen "Bavariya"sında (Almaniya) çıxış edən Robbeni transfer etmək istəyirdi. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp