Kamerunlu məşhur futbolçu Samuel Eto'O ABŞ prezidenti Barak Obamaya hədiyyə göndərib. Futbolinfo.az xəbər verir ki, təcrübəli forvard dövlət başçısına hazırda çıxış etdiyi "Antalyaspor"un formasını bağışlayıb.
Türkiyə mətbuatının yazdığına görə, afrikalı oyunçu həmin futbolkanın üzərinə "Kamerunun uşağından dünyanın ən güclü insanına" ifadəsini yazıb. Mənbədə bildirilir ki, Eto'Onun Obama ilə əvvəlcədən tanışlığı var.
Qeyd edək ki, vaxtilə "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Çelsi" (İngiltərə) kimi nəhəng Avropa klublarında çıxış etmiş 34 yaşlı futbolçu bu yay Türkiyə təmsilçisinə keçib.
 
1443215620810 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp