Topaz Premyer Liqasının VI turu “Kəpəz” üçün uğursuz alındı. Şahin Diniyevin rəhbərlik etdiyi komanda səfərdə “İnter”ə uduzdu. Rəqibindən üstün futbol sərgiləməsinə baxmayaraq, qol vura bilməyən “Kəpəz”in baş məşqçisi Şahin Diniyev  əsəblərinə hakim olsa da, Gəncə futbolunun tanınmış nümayəndəsi Xaliq Mərdanov bunu bacarmayıb. 
Bizdə olan məlumata görə, Mərdanov oyundan sonra hakimlər briqadasını təhqir edib.
Qeyd edək ki, uzun müddət “Kəpəz”in şərəfini qorumuş Mərdanovun məşqçi karyerası Şahin Diniyevlə bağlıdı. Xaliq bəy artıq 3-cü dəfədir ki, Diniyevin köməkçisi kimi çalışır. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp