Topaz Premyer Liqasının 6-cı turu bazar günü baş tutacaq 1 oyunla yekunlaşacaq. Qarşılaşma Lənkəran şəhər stadionunda keçiriləcək.
 
27 sentyabr
 
“Xəzər Lənkəran” – “Zirə”
21:00, “Xəzər Lənkəran” mərkəzi stadionu
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Fazil Mürşüdov
 
Tarixləri ərzində ilk dəfə üz-üzə gələcək komandaların duelində kimin favorit olduğunu demək çətindi. Meydan sahibləri məlum qərardan sonra gənc futbolçuların ümidinə qalsa da, meydanda əzmkar mübarizə aparır və heç də rəqiblərindən geri qalmır. “Zirə” isə Premyer Liqada yeni olsa da, özünü heç də debütant kimi aparmır. “Qartallar” cari mövsümdə meydana çıxdığı 5 görüşün heç birində məğlub olmayıb.
 
BU MÖVSÜM…
 
…“Xəzər Lənkəran” öz meydanında: 1 oyun, 1 qələbə, top fərqi – 2:0
…“Zirə” səfərdə: 2 oyun, 2 heç-heçə, top fərqi –1:1
 
OYUNDAN NOTLAR
• Cəza üzündən oyunu Adrian Skarlatake (Xəzər Lənkəran) və Çimezi Mbah (Zirə) oyunu buraxacaq.
• Viktor İqbekoyi və Aleksandr Şemonayev (hər ikisi “Zirə”) cəza həddindədi.
• Nurlan Novruzov, Nicat Qurbanov (hər ikisi “Zirə”) zədə üzündən meydana çıxmayacaq.
• Cənubluların futbolçusu Sadio Tounkara məşqlərə başlayıb və oynamaq ehtimalı var.
 
HAKİM
132534 - Futbolinfo.az
Oyunu idarə edəcək İnqilab Məmmədov cari mövsümdə 3-cü dəfə iş başında olacaq. Məmmədov bu mövsüm adıçəkilən komandaları ilk dəfə meydanda görəcək. O, daha öncə idarə etdiyi 2 görüşdə 12 sarı, 1 qırmızı vərəqə göstərib.
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp