Bu gün Topaz Premyer Liqasında 6-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" yeni istifadəyə verilmiş "Azərsun Arena"da "Neftçi"ni qəbul edir. 
Hazırda ilk hissəsi keçirilən matçda xoşagəlməz hadisə yaşanıb. Belə ki, hakimin verdiyi qərardan narazı qalan qonaq komandanın azarkeşləri – "Forza Neftçi" fan klubunun üzvləri buna kəskin şəkildə etiraz edib. Polisin müdaxiləsindən sonra hadisənin böyüməsinin qarşısı alınıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp