Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, AZAL səfərdə "Sumqayıt"la 1:1 bərabərə qalaraq, cari mövsümdə ilk qol və xalına sevinib.
"Kapital Bank Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Aqil Məmmədov heç-heçəni belə şərh edib:
“Biz oyuna ciddi hazırlaşıb, uğursuz seriyaya son qoyub, qələbə qazanmaq istəyirdik. Demək olar ki, qələbə qazanmağa yaxın idik. Amma son anda 1 xalla kifayətləndik. Döyüşən kollektivdən razıyam. Hesab edirəm ki, maraqlı oyun alındı. Çünki hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyunun gedişində 10 nəfər qaldıq. Hakimlikdən razı deyiləm. Bəzi epizodlarda oyunu saxlamırdı. Elə bil sarı vərəqələri bizim oyunçulara vermək üçün gətirmişdi. Rəhim Həsənov təcrübəsiz, gənc hakim deyil ki, deyim, bacarığı budu. Bunun adını qərəz qoyub, şər də ata bilmərəm. Sadəcə, fikrimdə qalıram: çox pis hakimlik elədi. Düşünürəm ki, epizodlara baxmalıyam. İndi deyə bilmərəm ki, ikinci sarı vərəqə var idi, ya yox idi. Epizoda baxıb, konkret danışa bilərəm”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp