Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" yeni stadionunda "Neftçi" ilə 1:1 bərabərə qalıb.
"Azərsun Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov heç-heçəni belə şərh edib:
“Hər birinizi salamlayıram. Yeni stadionumuzda sizi gördüyüm üçün şadam. Yeni stadionumuzda ilk oyunumuz idi. Ola bilər ki bir qədər həyəcanlı görünürdük.  “Neftçi”yə təşəkkür edirəm. Onlara təbrik düşür. Öz oyunumuza gəldikdə, ehtimal  ki, bəzi oyunçularımız matça tam hazır deyildilər. Bunun fonunda nəticədən razıyam. Biz Gəncədə şahid olduq ki, çempionatda asan oyun yoxdu. Odur ki, matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik. Düşünürəm ki, “Anderlext”lə oyuna hazırlaşmaq üçün vaxtımız var. Şehiçin səhvinə normal yanaşmaq, onun üstünə çox getmək lazım deyil. Çünki dünyanın 1 nömrəli qapıçıları da belə səhvlər edirlər. Bəzən olur ki, hücumçu 1 metrdən qol vura bilmir, bəzən də qapıçı belə asanlar buraxır. Məncə, Şehiç öz üzərində çalışan qapıçıdı. Gələcək oyunlarda daha diqqətli  davranacağına ümidvaram. Hər bir ölkədə limitlə bağlı dəyişiklik var. Hər uğursuz oyundan sonra legionerlərin azlığını qabartmaq olmaz. Mən əlimdə olan hər bir oyunçuya güvənirəm. Bəli, bəzən limitə görə orta sahədə tam istədiyim dəyişikliyi edə bilmirəm. Sadəcə onu deyim ki, hazır olan futbolçunu meydançaya buraxıram”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp