Ötən gün Topaz Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" yeni stadionunda "Neftçi" ilə 1:1 bərabərə qalıb.
"Azərsun Arena"dakı qarşılaşmadan sonra Bakı klubunun ispaniyalı hücumçusu Antonio Quinta jurnalistlərə müsahibə verib:
– Rəqib çox güclü komanda idi. Hamı meydanda nələrin baş verdiyini gördü. Məncə, nəticə bizim üçün ədalətsiz oldu. 
– Penalti epizodunda hakim haqlı idimi?
– Fikrimcə, penalti yox idi. 
– Bu gün “Neftçi” bir neçə şansdan istifadə edə bilmədi…
– Düzü, bu gün mənim üçün elə bir fürsət düşmədi ki, onu da qaçırım. 
– Bir neç gündən sonra “Qarabağ” Avorliqanın qrup mərhələsi çərçivəsində “Anderlext”lə üz-üzə gələcək. Ola bilərmi ki, rəqib həmin qarşılaşmanı fikirləşib, sizinlə matçda çox güc qoymadı?
– Bununla razı deyiləm. Çünki  bu gün də “Qarabağ”ın qarşısında çətin bir rəqib var idi. 
– Matçın gedişində Araz Abdullayev və Ruslan Qurbanovun zədələnməsi psixoloji baxımdan sizə təsir etdimi?
– Onlar bizim üçün vacib futbolçulardı. Lakin gördünüz ki, onları yaxşı əvəz edən futbolçularımız var. Onlar da özlərini sübut edə bildi. Məncə, heç bir çatışmazlıq hiss olunmadı. 
– Hesabda öndə olarkən “Neftçi” futbolçuları tez-tez yerə sərilirdi. Bu, nə ilə bağlı idi, həqiqətən zədələnirdiniz, yoxsa vaxt uzatmaq üçün bunu edirdiniz?
– Bu haqda çox danışmaq istəmirəm. Futbolda bu cür şeylər olur. Bəzən bizə qarşı da belə şeylər olur. 
ELMAR-ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp