“Sumqayıt” – AZAL görüşü eyni gündə baş tutan “Qarabağ” – “Neftçi” duelinin kölgəsində qalsa da, Gənclik şəhərində daha maraqlı olaylar yaşanıb. Meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədovun hakimlərdən gileylənməsi, əldən çıxan ilk qələbəyə görə onları günahlandırması öz yerində, tribunada da aləm bir-birinə dəyib. Matçı izləyən əməkdaşımızın gözü qarşısında azarkeşlərlə AZAL-ın vitse-prezidenti Vaqif Qasımov arasında yaşanan söz deyişməsi az qala davaya çevriləcəkmiş.
“Kapital Bank Arena”nın tribunalarında mühafizə yaxşı təşkil olunmadığından, ümumiyyətlə, stadion standartlara cavab vermədiyindən, burada azarkeşlər, jurnalistlər, klub rəsmiləri – hamı bir yerdə əyləşir. Elə belə qarışıqlığın nəticəsidi ki, Qasımovla yaşlı bir azarkeş az qala əlbəyaxa olacaqmış.
Epizodların birində Qasımovdan arxadakı oturacaqda əyləşən sumqayıtlı azarkeş hakimin qərarını şərh edərək onun sıhv etdiyini bildirib. Vaqif bəy isə ona etiraz edib və ədalət tımsilçisinin müdafiəsinə qalxıb. İstədiyi fikri səsləndirmək hüququ olduğunu dilə gətirən azarkeşin irada iradla cavab verməsindən sonra tərəflər az qala əlbəyaxa olacaqmış. Aranı digər azarkeşlər və Qasımovun yanında əyləşən AZAL rəsmiləri sakitləşdirib.
Bərabərlik qolundan sonra isə azarkeşlər bu dəfə “Sumqayıt” rəhbərliyini hədəfə alıb. Onlar bu boyda şəhərin kimandasının bir neçə nəfərin əlibdə oyuncağa çevrilməsindən şikayətlənib və hamını “rədd olub getməyə” səsləyiblər. Hacı olacaq Kamran Quliyevin və dəstəsinin işindən narazılıq edən fanatlar qələbəsizliyə görə futbolçuları, komandanı deyil, bu qədər yarıtmazı bir yerə yığanları günahkar bilir.
Maraqlıdı ki, turnir cədvəlinin son 4 pilləsini “Sumqayıt” da daxil olmaqla, AFFA-dan maliyyələşən klublar tutur. Bu fakt isə göstərir ki, həmin klublarda iş həqiqətən düzgün qurulmayıb, dövlətin pulunu xərcləmək lazımi adamlara həvalə olunmayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp