İspaniya La Liqasında 6-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" klubu da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda doğma meydanda "Selta" ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən İsrafilov, oyuna 69-cu dəqiqədə daxil olub.
 
Qeyd edək ki, "Eybar" hazırda 9 xalla 6-cı pillədə qərarlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp