“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım yeni açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, o, mətbuatda çıxan bəzi xəbərlərə sərt reaksiya bildirib.
Belə ki, türkiyəli həmkarlarımıza danışan başqan bunları deyib: “Prezident istədiyini alar, istədiyini göndərər. Rəhbərliyin işə götürdüyü adam mənə heç bir qadağa qoya bilməz.  “Fənərbaxça”nın prezidenti və idarə heyətinin istəmədiyi şeyi nə Tarraneo, nə də başqası edə bilməz. Belə bir şey olar? Qulağından tutub çölə ataram”.
 
Qeyd edək ki, mətbuatda klubun idman direktoru Tarraneonun rəhbərlikdən heç kimin komandanın bazasına girməyinə icazə verməməsi iddia olunurdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp