Ukrayna çempionatında 9-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Metallurq" da növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda səfərdə “Stal”la üz-üzə gəlib. Görüş Zaparoje təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətində meydanda çıxan Paşayev oyunu əvəzedilmədən keçirib. Müdafiəçi 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.   
 
Qeyd edək ki, "Metallurq" 3 xalla 14-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp