Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda doğma meydanda "Terek"lə üz-üzə gəlib. Görüş "Krasnodar"ın 1:1 hesablı bərabərliklə başa çatıb. 
 
Qeyd edək ki, "Krasnodar" 13 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp