Topaz Premyer Liqasının VI turunun sentyabrın 25-də keçirilən “Rəvan” – “Qəbələ” qarşılaşmasının (0:3) ertəsi günü paytaxtda səhər məşqinə çıxan “qırmızı-qaralar” bir günlük istirahətdən sonra sabah bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, ötən turda meydana çıxan oyunçuların bərpa, digərlərinin tam məşq etdiyi son hazırlıqdan fərqli olaraq sentyabrın 28-də komanda birlikdə çalışacaq. 
Sabahkı axşam məşqi ilə “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Krasnodar”la (Rusiya) matçının hazırlığına start verəcək. Roman Qriqorçukun yetirmələrinin paytaxtda iki gün məşq etməsi planlaşdırılıb. Sentyabrın 30-da səfərə yollanacaq əyalət təmsilçisi oyunöncəsi məşqini matçın keçiriləcəyi stadionda gerçəkləşdirəcək. 
Xatırladaq ki, II turun “Krasnodar” – “Qəbələ” oyunu oktyabrın 1-də baş tutacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq qarşılaşma “Kuban” stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp