Bu gün Türkiyə PTT 1-ci Liqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" da növbəti oyununa çıxıb. 
 
Adıçəkilən komanda doğma meydanda yığmamızın qapıçısı Kamran Ağyevinçıxış etdiyi "Karşıyaka" ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Budak komandsının yeganə qolunu onun kimi meydandan 90 dəqiqə mübarizə aparan Ağayevin qoruduğu qapıya vurub.
 
Qeyd edək ki, "Qaziantep BB" 12 xalla 2-ci, hazırda 5 xalı olan izmirlilər isə 13-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp