Bu gün Topaz Premyer Liqasının 6-cı turunda "Xәzәr Lәnkәran" doğma meydanda "Zirә"ni qәbul edir. Futbolinfo.az xәbәr verir ki, hazırda son dәqiqәlәri oynanılan matç cәnublular üçün itki ilә yadda qalıb. 
Belә ki, komandanın әsas müdafiәçilәrindәn sayılan Rasim Ramaldanov meydanı yarımçıq tәrk etmək məcburiyyətində qalıb. O, matçın 73-cü dәqiqәsindә zәdәlәnib. Ramaldanovun durumunun ciddi olub-olmadığına  isә qarşılaşmadan sonra aydınlıq gәlәcәk.
Lәnkәran tәmsilçisindә ciddi itki olsa da, şad xәbәr dә var. "Ağ-yaşıllar"ın malili yarımmüdafiәçisi Sadio Tounkara sıralara dönüb. Bu gün komandanın ehtiyat oyunçular skamyasında yer alan afrikalı futbolçu isinmә hәrәkәtlәri yerinә yetirәn zaman azarkeşlәrin alqışlarını da qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp